‘Qəmər’surəsini tilavət etməyin fəziləti

‘Qəmər’surəsini tilavət etməyin fəziləti

“Qəmər“ surəsi Məkkədə nazil olmuş və 55 ayədən ibarətdir.
 
Bu surə tövhid və məaddan bəhs edən Məkkə surələrinin xüsusiyyətinə sahibdir. Məxsusən, inad, düşmənçilik və təkəbbürçülük üzündən küfr, zülm, fəsad və əxlaqsızlıq yolunu tutan keçmiş qövmlərinin bir-birinin ardınca ilahi əzaba düçar olaraq həlakətə uğradıqlarını özündə ehtiva edir. 
 
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:
 
وَمَن قَرَأَ سورَةَ اقتَرَبَتِ السَّاعَةُ فی کُلِّ غِبّ بُعِثَ یَومَ القِیامَةِ وَوَجهُهُ عَلى صورَةِ القَمَرِ لَیلَةَ البَدرِ وَمَن قَرَأَها کُلَّ لَیلَة کانَ أفضَلَ وَجاءَ یَومَ القِیامَةِ وَوَجهُهُ مُسفَرٌّ عَلى وُجُوهِ الخَلائِقِ
 
“Hər kim “İqtərəbətis-sahəh” (“Qəmər”) surəsini bir gündən bir oxuyarsa, Qiyamət günü üzü bədrlənmiş (on dörd gecəlik) ay tək parladığı halda məhşur olacaq. Onu hər gecə oxuyanın fəziləti isə daha çoxdur və o, Qiyamət səhnəsinə üzü digər insanların üzlərinə işıq saçdığı halda qədəm qoyacaq.” (“Məcməul-bəyan“, c.9, “Qəmər“ surəsinin başlanğıcı.)
 
Şübhəsiz, Qiyamət səhnəsində üzün bu sayaq parlaqlığı güclü və həqiqi imanın nişanəsidir ki, bu da təfəkkürsüz və əməlsiz tilavətin yox, təfəkkür və əməllə nəticələnən tilavətin bərəkətindəndir.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru