Əfqanıstanda 19 nəfər güclü qar və leysan yağışlarının qurbanı olub

Əfqanıstanda 19 nəfər güclü qar və leysan yağışlarının qurbanı olub

Əfqanıstanda güclü qar və leysan yağışları böyük fəsadlar törədib.
 
Güclü qar və leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 19 nəfər həlak olub.
 
Bildirilir ki, Herat əyalətində 2-si uşaq olmaqla 8 nəfər həlak olub. Kandaqar əyalətində 8 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
 
Hilmend əyalətində 3 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. /Trend
 

Google+ WhatsApp ok.ru