Ərbəin yürüşünün həqiqi gücü - Ayətullah Xamenei

Ərbəin yürüşünün həqiqi gücü - Ayətullah Xamenei

“Zəvvarların Kərəblaya hərəkət istiqamətindəki milyonluq və əzəmətli toplanışı, yəni iftixar, fədakarlıq və şəhidlik zirvəsinə doğru hərəkəti İslam və İslam müqaviməti cəbhəsinin gücünü yenidən təzahür etdirir.
 
Ərbəin İslam tarixində meydana çıxdığı ilk gündən başlayaraq Aşuranın çox güclü carçısı olmuşdur. Aşura qəhrəmanlığından Əhli-beytin (ə) Kərbəlaya qayıtdığı vaxta qədər olan qırx günlük müddət ərzində Həzrət Zeynəb (s.ə) və Həzrət İmam Səccadın (ə) Şam və Kufədəki fəryadları Aşuranın həqiqi carçısı oldu. Bəni-Üməyyə və Süfyani hakimiyyətinin zülmət mühitində haqq məntiqinin hakimiyyətinin reallaşması ilə Aşura diri qaldı və tarixdə yaşadı.
 
Aşuradan Ərbəinə qədər olan zaman fasiləsində Əhli-beytin o dövrün qəribə boğucu mühitindəki hərəkət qasırğası vəziyyətin dəyişməsinə, sonda Süfyani rejiminin devrilməsinə səbəb oldu.“Bu gün də həmin hadisə baş verməkdədir.
 
Ayrı-ayrı ölkələrdən İmam Hüseynin (ə) Ərbəininə gəlmiş müsəlmanların, müxtəlif İslam firqələri, hətta digər dinlərin nümayəndələrinin əzəmətli yürüşü mürəkkəb təbliğatlar dünyası, müasir dövrün hay-küyləri arasında məzmunlu bir fəryad və misilsiz bir çağırışdır. Məna dolu “Hüseyn bizi toplayıb” şüarı xalis bir həqiqətdir. Çünki Hüseyn (ə) bu mislsiz toplanışı yaratmış, hamını mənəviyyat və azadlığın mənbəyinə doğru hərəkətə gətirmişdir.
 
İmam Hüseynin (ə) Ərbəin yürüşündəki mənəviyyat, fikir və maarif gündən günə vüsət alıb dərinləşməlidir. Elm və hikmət adamları bu sahədə iş görməli və çalışmalıdırlar."
 
Ali Rəhbər Ayətullah Xamenei
"leader.ir"
 
 
 

Google+ WhatsApp ok.ru