‘Ənam’ surəsini  oxumağın fəziləti

‘Ənam’ surəsini oxumağın fəziləti

“Ənam” surəsi Məkkədə nazil olmuş və 165 ayədən ibarətdir. 
 
Peyğəmbəri-Əkrəmdən (s) “Ənam” surəsinin fəziləti barəsində belə nəql olunur: “Ənam surəsi bir yerdə nazil olmuş və 70 min mələk “subhanəllah” və “əlhəmdu lillah” sədaları ilə onu müşayiət etmişdir. Hər kəs onu oxusa (və onun sayəsində ruhu tövhid çeşməsindən sirab olsa), həmin 70 min mələk gecə-gündüz “Ənam” surəsinin ayələri qədər ona salam göndərər (və yaxud onun günahlarının bağışlanmasını diləyər.)” (“Biharul-ənvar”, 91-ci cild, səh.348.)
 
Əyyaşi mötəbər silsilə sənədlərlə Əbu Bəsirdən imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Ənam surəsi bir yerdə nazil olmuş, 70 min mələk onu təzimlə yola salmışdır. Çünki onun 70 yerində Allahın adı qeyd olunmuşdur. Əgər insanlar bu surənin oxunmasında nə qədər fəzilət olduğunu bilsəydilər, heç vaxt onu tərk etməzdilər.”
 
Sonra buyurdu: “Hər kəsin Allahdan bir hacəti varsa və onun rəva olunmasını istəyirsə, “Fatihə” və “Ənam” surələrini tilavət etməklə (iki salamla) dördrükətli namaz qılsın.” (“Əl-kafi”, 2-ci cild, səh.622.)
 
Maide.Az  - Maarif bölümü
 

Google+ WhatsApp ok.ru