‘Quran açıq şəkildə onlarla mübarizə aparılmasına göstəriş verir’ – Ayətullah Xamenei (FOTO)

‘Quran açıq şəkildə onlarla mübarizə aparılmasına göstəriş verir’ – Ayətullah Xamenei (FOTO)

Ramazan ayı münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə Quranla ünsiyyət məclisi təşkil olunub.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədə keçirilən məclisdə Quran qareləri və Əhli-beyt (ə) məddahları iştirak edib. 
 
Çıxış edən Ayətullah Xamenei  bildirib ki, bu gün  bəşəriyyətin və İslami cəmiyyətin  əsas ehtiyacı Quran maarifi anlamaq və ona əməl etməkdir. “Quran  aşkar şəkildə istikbar, küfr və tağutla mübarizə və onlar qarşısında müqavimətə göstəriş verir.  İran xalqının ötən 40 il ərzində  inkişafı və hər gün artan izzəti  Qurana əməl etmək və onlar qarşısında müqavimət göstərdiyinə görədir.  Bu gün  şeytanlara və kafirlərə qələbə çalmağın yeganə yolu onlar qarşısında müqavimət göstərməkdir.” 
 
Bu gün İslam dünyasının əsas problemlərindən birini  Quran maarifi ilə tanış olmaması və ona əməl etməməsi  olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki,  xalqlara zülmlər edən bəzi ölkələrin prezident və rəhbərləri  Quranın açıq şəkildə onlarla mübarizə aparılmasına göstəriş verən şəxslərdir.  Quran onlara etimad etməməyə təkid verib. 
 
Ötən bir neçə il ərzində bəzi ölkələrdə  xalqların  qiyamı və İslami oyanış hərəkatlarından danışan Ayətullah Xamenei bildirib ki, bu hərəkatların qədrini bilmədilər və ABŞ və sionist rejimə etimad etdilər deyə yerindəcə boğuldu.  “Lakin İran xalqı  İmam Xomeyninin bərəkəti, Quran maarifinə söykənərək  öz inqilabının qədrini bildi və  elə ilk gündən  hegemon güclərə etimad etmədi və onlar qarşısında müqavimət göstərdi.”
 
Ayətullah Xamenei Quranı misilsiz bir incəsənət əsəri adlandırıb.  “Quran  məclislərdə və müxtəlif yerlərdə  ustalıqla qiraət olunmalıdır.  Quranın düzgün oxunuşu  müxatiblərə təsir göstərir və onların anlamasına səbəb olur.  Quranı anlamaq müxtəlif maarif qapılarının  açılması üçün zəmin yaradır.”
 
Ramazan ayında müxtəlif Quran məclislərinin təşkilindən danışan Ayətullah Xamenei bildirib ki,  Quran oxuma məclisləri  il ərzində təşkil  olunmalı və məscidlər  Quran qərargahına çevrilməlidir. “Quranın təkcə tilavət yox, təfsir məclisləri də təşkil olunmalıdır ki,  cəmiyyət onun maarifi ilə tanış olsun.” 
 
Ayətullah Xameneinin imamətliyi ilə  məğrib və işa namazı qılınıb.
 

Google+ WhatsApp ok.ru