‘Hər nə qədər özümüz istəsək o qədər neft ixrac edəcəyik’ - Ayətullah Xamenei 24 Aprel 2019 12:40 İslam lideri “Hər nə qədər özümüz istəsək o qədər neft ixrac edəcəyik.” Maide.az "khamenei.ir" saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün “zəhmətkeşlər” həftəsi münasibətilə fəhlələrlə görüşündə ABŞ-ın İrana qarşı son neft sanksiyası haqqında danışarkən deyib. Ayətulah Xamenei qeyd edib ki, bu səylər heç bir səmərə verməyəcək. “Biz ehtiyacımız olan qədər və nə qədər istəsək neft ixrac edəcəyik. Onlar öz xəyalında yolu bağladıqlarını düşünürlər, lakin xalqımız və məsul şəxslərimiz çalışsalar bir çox dalanları açarlar.” Ayətullah Xamenei bildirib ki, bu düşmənçilik cavabsız qalmayacaq. “İran xalqı elə xalq deyil ki, onların düşmənçilikləri qarşısında sakit otursun.” Neftdən asılılığın azalmasının daha xeyirli olduğunu deyən Ayətullah Xamenei qeyd edib ki, düşmən dünyada ədalət carçısı olan və xalqları oyadan bizim İslam Respublikası, Böyük İnqilabımız və xalqımıza qarşı dəfələrlə addımlar atıb və istəyinə çatmayıb. “İndi də müxtəlif iqtisadi məsələlərlə əleyhimizə addımlar atır. Deyirlər ki, İran xalqını diz çökdürmək istəyirik, lakin bilsinlər İran xalqı onların qarşısında diz çökməyəcək”. Teqlər : #‘Hər,#nə,#qədər,#özümüz,#istəsək,#qədər,#neft,#ixrac,#edəcəyik’,#Ayətullah,#Xamenei, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei ‘Zəhmətkeşlər’ həftəsi münasibətilə fəhlələrlə görüşüb - FOTO Ayətullah Xamenei 32-ci beynəlxalq kitab sərgisinə baxış keçirib - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB