‘HƏMAS‘ İsrailin casusluq cəhdlərini puça çıxardı

‘HƏMAS‘ İsrailin casusluq cəhdlərini puça çıxardı

Fələstinin "HƏMAS" müqavimət təşkilatı İsrail rejiminin komandirlərindən birinə qarşı casusluq fəaliyyətini aşkar etdiklərini açıqlayıb.

Bu barədə Livanın "Əl-Axbar" qəzeti məlumat yayıb. Məlumata görə, İsrail  "HƏMAS" təşkilatının hərbi qanadı olan "Əl-Qəssam" briqadasının komandirlərindən biri olan Marvan İsaya qarşı casusluq fəaliyyəti həyata keçirib.

"HƏMAS"ın daxili təhlükəsizlik qüvvələri onların bu fəaliyyətini aşkar edib və qarşısını alıb.

Əməliyyatda inkişaf etmiş elektron vasitələrdən istifadə edilib. Quurğular Marvan İsanın evinin kənarında yerləşdirilibmiş. İsrail rejimi bu cihazlar vasitəsilə briqada komandirinin səsini dinləyirmiş.

"HƏMAS" mənbələri qeyd edib ki, dinləmə cihazını quran agent həbs olunub. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru