9-cu İmamdan (ə) 9 hədis-2

9-cu İmamdan (ə) 9 hədis-2

5  Mart – 10 Rəcəb – 9-cu İmam Muhəmməd Təqinin (ə) mövlud günüdür. Bu münasibətlə  Əhli-beyt (ə) ardıcılarını təbrik edirik və o həzrətdən 9 hədisi  oxucularımıza  təqdim edirik: 

1. Zülmə şərik olanlar

İmam Cavad (ə) buyurmuşdur:

الْعامِلُ بِالظُّلْمِ وَ الْمُعينُ لَهُ وَ الرّاضي بِهِ شُرَكاءُ

“Zülm еdәn, zülmә kömәk еdәn vә оnа rаzı оlаn şәrikdirlәr.” (“Bihаrul-әnvаr”, c.75, sәh.81.)

 

2. Bir neçə gözəl xüsusiyyətin əlamətləri

İmam Cavad (ə) buyurmuşdur:

مِنْ حُسْنِ خُلُقِ الرَّجُلِ كَفُّ أَذاهُ، وَمِنْ كَرَمِهِ بِرُّهُ لِمَنْ يَهْواهُ، وَمِنْ صَبْرِهِ قِلَّةُ شَكْواهُ، وَمِنْ نُصْحِهِ نَهْيُهُ عَمّا لَا يَرْضاهُ، وَمِنْ رِفْقِ الرَّجُلِ بِأَخِيهِ تَرْكُ تَوْبِيخِهِ بِحَضْرَةِ مَنْ يَكْرَهُ، وَمِنْ صِدْقِ صُحْبَتِهِ إِسْقاطُهُ المَؤُونَةَ، وَمِنْ عَلَامَةِ مَحَبَّتِهِ كَثْرّةُ المُوافَقَةِ وَقِلَّةُ الْمُخالَفَةِ

“İnsanın gözəl əxlaqının əlaməti başqasına əziyyət verməməsi, kəramətinin (alicənablığının) əlaməti pislik edənlə yaxşı rəftar etməsi, səbrinin əlaməti şikayətinin azlığı, öyüd-nəsihətdə səmimiyyətinin əlaməti bəyənmədiyi pis işlərdən çəkinməsi, (din) qardaşı ilə səmimi dostluğunun əlaməti onu xoşlamadığı insanların qarşısında danlamaması, sözdə sədaqətinin əlaməti onun (dostunun) xərclərini ödəməsi, ona məhəbbətinin əlaməti isə onunla əksər hallarda razılaşması və az müxalifət etməsidir.” (“Əd-durrun-nəzim”, səh.223.)

 

3. Qəlbə nuranilik bəxş edən əməl

İmam Cavad (ə) buyurmuşdur:

مُلاقاةُ الاْخوانِ نَشْرَةٌ، وَتَلْقیحٌ لِلْعَقْلِ وَإنْ كانَ نَزْراً قَلیلاً

“Qısamüddətli olsa da, mömin qardaşlarla görüşmək qəlbə səfa və nuranilik gətirir, düşüncə və ağılı çiçəkləndirir.” (“Əl-əmali”, Şeyx Müfid, səh.328, hədis 13.)

 

4. İnsаnı işә cәlb еdәn 4 xislət

İmam Cavad (ə) buyurmuşdur:

اَرْبَعُ خِصالٍ تُعينُ الْمَرْءَ عَلَي الْعَمَلِ: الصِّحَّةُ وَالْغِنيٰ وَالْعِلْمُ وَالتَّوفيقُ

“Dörd xislət insаnı işә cәlb еdәr: sаğlаm bәdәn, sәrvәt, еlm vә (ilаhi) müvəffəqiyyət.” (“Bihаrul-әnvаr”, c.75, sәh.79.)

 

5. nsız qılınc kimi olanlar

İmam Cavad (ə) buyurmuşdur:

اِيّاكَ وَ مُصاحَبَةَ الشَّريرِ فَاِنَّهُ كَالسَّيْفِ الْمَسْلُولِ يَحْسُنُ مَنْظَرُهُ وَ يَقْبُحُ أثَرُهُ

“Şәr insаnlа dоstluqdаn çәkin ki, о, qınsız qılınc kimidir, zаhiri yахşı görünsə də, pis tәsiri vаrdır.” (“Mustәdrәkul-vәsаil”, c.2, sәh.67.)

 

6. Əməllərin ən üstünü

İmam Cavad (ə) buyurmuşdur:

أَفْضَلُ أَعْمالِ شيعَتِنا اِنْتِظارُ الْفَرَجِ

“Şiәlәrimizin әn üstün әmәli “fərəc”in (İmаm Zаmаnın (ә) zühurunun) intizarını çəkməkdir.” (“Kifаyәtul-әsәr”, sәh.276.)

 

7. Pis işdə şərik olanlar

İmam Cavad (ə) buyurmuşdur:

مَنِ اسْتَحْسَنَ قَبيحاً كَانَ شَريكاً فيهِ

“Hәr kim pis bir işi tәriflәsә, hәmin işdә şәrik оlаr.” (“Bihаrul-әnvаr”, c.75, sәh.81.)

 

8. Təqva, elm və sükutun faydaları

İmam Cavad (ə) buyurmuşdur:

اِعلَمُوا أَنَّ التَّقْوى عِزٌّ وَ أَنَّ الْعِلْمَ كَنْزٌ وَ أَنَّ الصَّمْتَ نورٌ

“Bilin ki, təqva izzət, elm xəzinə, sükut isə nurdur.” (“Həyatul-İmam Muhəmməd Cavad (ə)”, səh.114.)

 

9. Bu üç xüsusiyyətə sahib olan peşman olmaz

İmam Cavad (ə) buyurmuşdur:

ثَلَاثَةٌ مَنْ كُنَّ فِيهِ لَمْ يَنْدَمْ: تَرْكُ العَجَلَةِ، وَالْمشُورَةُ، وَالتَّوكُّلُ عَلَى اللهِ تَعالى عِنْدَ الْعَزِيمَة

“Üç xüsusiyyət hər kimdə olsa, peşman olmaz: tələsməmək, məsləhətləşmək və iş zamanı Allah-Taalaya təvəkkül etmək.” (“Həyatul-İmam Muhəmməd Cavad (ə)”, səh.119.)

Rza Şükürlü – Maide.Az

Google+ WhatsApp ok.ru