5. İmam Hüseynin (ə) türbətinə əhəmiyyət vermək

5. İmam Hüseynin (ə) türbətinə əhəmiyyət vermək

Bəni-Üməyyə və Bəni-Abbas kimi İslam düşmənləri bütün qüvvələri ilə İmam Hüseynin (ə) və onun pak silahdaşlarının qiyamının unudulması, barəsində danışılmaması, hətta o Həzrətin (ə) qəbrindən bir əsər-əlamətin qalmaması üçün əllərindən gələni əsirgəmədilər. Məhz bu səbəbdən, bəzi Abbasi xəlifələri dəfələrlə o Həzrətin qəbrini viran etməyə çalışdılar. (“Biharul-ənvar”, c.45, səh.390.)

Amma digər tərəfdən, məsum imamlar (ə) hər bir fürsətdə bu cərəyana qarşı ayağa qalxmış və o Həzrətin türbətini Cənnət torpağının bir parçası, xəstəliklərin şəfası və həyatın bərəkət səbəbi hesab etmişlər. İmam Kazimdən (ə) nəql edilən bir rəvayətdə buyurulur:

لا تَأْخُذُوا مِنْ تُرْبَتي شَيْئاً لِتَبَرَّكُوا بِهِ، فَإِنَّ كُلَّ تُرْبَةٍ لنا مُحَرَّمَةٌ إِلَّا تُرْبَةُ جَدِّى الْحُسَيْنِ بْنِ عَلِىٍّ عليهما السلام فَإِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَها شِفاءً لِشِيعَتِنا وَ أَوْلِيائِنا

“Mənim türbətimdən (torpağımdan) heç bir şeyi təbərrük üçün götürməyin! Ona görə ki, cəddim Hüseynin (ə) türbətindən başqa, bütün türbətlərin yeyilməsi haramdır. Allah-Taala onu bizim şiələrimiz və dostlarımıza şəfa qərar vermişdir.” (“Vəsailuş-şiə”, c.10, səh. 414, hədis 2.)

Nəql olunur ki, İmam Səccad (ə) İmam Hüseynin (ə) türbəstini bir parçaya büküb saxlayırdı:

فَكانَ إِذا حَضَرَتْهُ الصَّلاةُ صَبَّهُ عَلى سَجَّادَتِهِ وَ سَجَدَ عَلَيْهِ‌

“Namaz vaxtı çatdıqda, onu səccadənin üzərinə tökər və ona səcdə edərdi.” (“Biharul-ənvar”, c.98, səh.135.)

İmam Hüseynin (ə) türbəti barədə nəql edilən rəvayətlər toplusundan belə anlaşılır ki, o pak türbətin bərəkəti elə doğulan ilk gündən uşağın ağzına damızdırmaqla başlamış və onun həyatının son anlarına – türbəti qəbrə qoyan müddətə qədər davam edir. (“Vəsailuş-şiə”, c.10, səh.408, hədis 8.)

İmam Sadiqdən (ə) belə nəql olunmuşdur:

حَنِّكُوا أَوْلادَكُمْ بِتُرْبَةِ الْحُسَيْنِ عليه السلام

“Öz uşaqlarınızın ağzını İmam Hüseyn (ə) türbəti ilə açın!”

Eyni zamanda, Kərbəla türbətindən möhr və təsbeh hazırlamaq, onu öz üstündə daşımaq və ondan çox cüzi miqdarda (məsələn, mərci dənəsi qədər suda həll edərək) şəfa məqsədi ilə içmək, Fitr bayramı günü orucu onunla açmaq məsum imamlar (ə) tərəfindən təşviq və tövsiyə edilən məsələlərdəndir. (“Vəsailuş-şiə”, c.10, bölmə 72, səh.414 və bölmə 70, səh.408; ”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.53.)

Mərhum Ayətullah əl-uzma Burucerdidən belə nəql edir: “Gənc çağlarımda gözlərim zəiflədi, yaxşı görmürdüm. Buna görə də, eynəkdən istifadə edirdim. Bir il Məhərrəm ayı, Tasua günü evimizə əzadarlıq dəstəsi gəlmişdi və bəziləri də başlarına palçıq sürtmüşdülər. Onların içində bir nəfərin mənəvi halı diqqətimi cəlb etdi, sinə vura-vura mənim yanımdan keçdiyi zaman əl atıb onun başından azacıq palçıq götürdüm və gözlərimin üstünə sürtdüm. Ondan sonra gözlərim sağaldı və bir daha eynəkdən istifadə etmədim.” Ayətullah Hüseyn Məzahiri deyir ki, Ayətullah əl-uzma Burucerdi doxsan yaşında eynəkdən istifadə etmirdi və gözləri gənc bir insanın gözləri tək görürdü. (jamaran.ir)

Bəli, tarixdə belə hadislər çox olub. İmam Hüseynin (ə) türbəsinin fəzilət, bərəkət və təsiri özünəməxsusdur. Kərbəla torpağı Behiştin bir parçasıdır. O Həzrət din yolunda bütün varlığı ilə fədakarlıq etdiyindən, Allah-Taala da onun şərif qəbrinin torpağına xüsusi fəzilət, bərəkət və şəfa xüsusiyyəti əta etmişdir.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru