Londonda Şeyx Zəkzəkinin həbsininə görə etiraz mitinqi keçirildi

Londonda Şeyx Zəkzəkinin həbsininə görə etiraz mitinqi keçirildi

-- Nümayişçilər Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb edib

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Yəqubi Zəkzəkiyə qarşı işgəncə və qanunsuz həbsin davam etməsinə etiraz olaraq Londonda mitinq keçirilib.
 
Nigeriyanın Londondakı səfirliyi qarşısında keçirilən aksiyada Nigeriyadakı Əhli-Beyt (ə) ardıcıllarına və rəhbərlərinə qarşı təzyiq və zülmün davam etməsi pislənilib.
 
Nümayişçilər qaldırdıqları plakatlarla Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb ediblər.
 
Oxşar aksiya Hindistanın Nyu Dehli şəhərində də keçirilib.
 
Xatırladaq ki, Nigeriya ordusu 13 dekabr 2015-ci il tarixində Şeyx Zəkzəkinin evinə hücum təşkil etmiş, 3 oğlu və çox sayda müsəlmanı şəhid edib.(deyerler.org)
 
 
 
 
 
Nigeriyanın Ali Məhkəməsi Şeyx Zəkzəki və xanımının azadlığa buraxılması barədə qərar versə də, ordu və hökumət bu qərarı icra etməkdən çəkinir.
 
 
 

Google+ WhatsApp ok.ru